• Bakı 24° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycanlı zəvvarlar bu axşam Həcc ayinlərinə başlayırlar
CƏMİYYƏT
03 Iyun 2025 | 20:14

Azərbaycanlı zəvvarlar bu axşam Həcc ayinlərinə başlayırlar

Azərbaycanlı zəvvarlar bu axşam Həcc ziyarətinin əsas ayinlərinə başlayırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.

"Kim istəsə, tərviyəyə çıxır. Bizim hacıların təxminən 50-60 faizi Minaya gedəcək. Məkkədə qalan hacılar isə sabah gecə Ərəfata qalxacaqlar və birisi gün səhər Ərəfatda olacaqlar. Minada tərviyəyə gedən hacılarımız isə sübh namazından sonra Ərəfata gələcəklər", - QMİ rəsmisi deyib.

V.Cahangiri bütün zəvvarların Ərəfatda olacağını qeyd edib:

"Ərəfat günü Qurban bayramından bir gün əvvəldir. Zəvvar gəlib Ərəfatda durmasa, Həcc ziyarəti sayılmır. Zülhiccə ayının 9-u, yəni iyunun 5-də hacıların hamısı Ərəfatda durub ibadətlərini etməlidirlər".


SON XƏBƏRLƏR