• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycanın konstitusiya quruluşuna qarşı çağırış edənlərə hökm oxundu
HADİSƏ
05 Iyun 2025 | 17:04

Azərbaycanın konstitusiya quruluşuna qarşı çağırış edənlərə hökm oxundu

Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirməkdə təqsirləndirilən şəxslər - Zaur Əsgərov və Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Zaur Əsgərov 5 il 6 ay və Gündüz Mirzəyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər "Azərbaycan naminə birliyi" və "AXCP-in dostluq qrupu" adlı "vhatsap" qruplarında Azərbaycanın konstitusiya quruluşuna və dövlətə elehinə qarşı açıq çağırışlar edərək insanları cihada dəvət ediblər. Onlar hakimiyyət nümayəndələrinə qarşı təhqiramiz sözlər işlədiblər.


SON XƏBƏRLƏR