• Bakı 24° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi
CƏMİYYƏT
06 Iyun 2025 | 22:13

Köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.


SON XƏBƏRLƏR

28 Iyun 2025