"Azərbaycan Dəmir Yolları" QSC (ADY) dəmir yollarında aparılan təmir səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edib.
Bu barədə Bakıvaxtı.az-a ADY-dən bildirilib.
Belə ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.
Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.