• Bakı 22° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Bakıda mağazadan 34 min manatdan çox pul oğurlandı
HADİSƏ
25 Iyun 2025 | 16:39

Bakıda mağazadan 34 min manatdan çox pul oğurlandı

Bakıda maskalı şəxs mağazadan 34 min manatdan çox pul oğurlayıb.

Bakıvaxtı.az xəbər verir ki, iyunun 23-də paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. 

Naməlum şəxs üzünü gizlətmək üçün maska ilə kamuflyaj olunaraq mağazanın anbarına daxil olub və gizlənərək gecə saatlarına qədər orada gözləyib. Mağaza bağlandıqdan sonra isə anbardakı kassadan 34600 manat pul vəsaitini oğurlayıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Mehman Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR