• Bakı 24° C

    7.8 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
İQTİSADİYYAT
25 Iyun 2025 | 22:29

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən bildirilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 günmüddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.


SON XƏBƏRLƏR

25 Iyun 2025