• Bakı 22° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Beş minədək ukraynalı dindar Vatikana toplaşıb
DÜNYA
28 Iyun 2025 | 20:11

Beş minədək ukraynalı dindar Vatikana toplaşıb

Ukraynadan və digər ölkələrdən olan təxminən 5 min ukraynalı dindar Vatikanda toplaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Yunan-Katolik Kilsəsinin üzvü olan dindarlar Müqəddəs Pyotr Kilsəsinin müqəddəs qapısından keçib, Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüblər.

Papa Leo ukraynalı dindarlara müraciətində müharibə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib, mənasız müharibənin ağrısını paylaşdığını bildirib, sülh və əmin-amanlıq arzulayıb.

Ukraynalı dindarların səfəri Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində baş tutub.


SON XƏBƏRLƏR

28 Iyun 2025