• Bakı 24° C

    7.95 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Beyninə qan sızan aktyordan AÇIQLAMA
MƏDƏNİYYƏT
25 Iyun 2025 | 23:32

Beyninə qan sızan aktyordan AÇIQLAMA

Beyindaxili qansızma diaqnozu qoyulan aktyor Vüsal Murtuzəliyev reanimasiyadan buraxılıb. 

Bakıvaxtı.az xəbər verir ki, aktyor sosial şəbəkə hesabında səhhəti ilə bağlı paylaşım edib. 

"Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum uzaq durmalıyam. Sadəcə narahatlığınızı anlayıb bu paylaşımı etməyə özümə borc bildim. Ölüm qaşla göz arasındadır. Özümə qarşı laqeyd yanaşırdım. Bəlkə də bu bir xəbərdarlıq idi ki, məni silkələdi. Təbii ki, bundan sonra sağlamlığımla bağlı çox şeyi dəyişməli olacağam”, – deyə aktyor qeyd edib.

Qeyd edək ki, Vüsal Murtuzəliyev Əməkdar artist Dilarə Əliyevanın qardaşıdır.


SON XƏBƏRLƏR

25 Iyun 2025