Karqo xidməti göstərən firmalar, iri şirkətlər vətəndaşların istədikləri ölkədən ehtiyac duyduğu məhsulu əldə edə bilmələri üçün ən rahat və güzəştli vaistə sayılır. Lakin bəzi hallarda karqo firmaları tərəfindən aldadılma, gecikdirilmə problemləri də olur.
Bakıvaxtı.az xəbər verir kii, dekabr ayında, bayram ərəfəsində insanların karqo vaistəsi ilə almaq istədiyi məhsulların sayında artım var. Elə bayramqabağı karqo şirkətləri ilə vətəndaş arasındakı problemlərin də sayı artıb.
Redaksiyamıza daxil olan şikayətlərdə müştərilər əsasən məhsulların xarici anbara çatdığı və gömrükdən keçdiyi halda, sistemə vurulmamasından, sifarişlərin çatdırılmasının gecikməsi və şikayətlərə baxılmamasından narazılıq edirlər.
Samir Əfətli
Kargo daşımaları üzrə mütəxəssis Samir Əfətli Bakıvaxtı.az-a bildirib ki, müştərilər bu kimi hallarla qarşılaşdıqda İqtisadiyyat Nazirliyi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət edə bilərlər: “Çünki sifarişlərlə bağlı problem Türkiyədə yaşandığı üçün hüquq-mühafizə orqanlarımız bu işlə məşğul ola bilməz. Bu kimi şirkətlər qiyməti digərlərindən az edərək, bazarda müştəri qazanmaq üçün, lakin kifayət qədər işçi sayı olmadığından keyfiyyətli iş görə bilmirlər. Qiyməti aşağı saldıqları üçün keyfiyyəti qaldıra bilmirlər. Müştəri sayı çoxaldıqdan sonra artıq aldıqları az pul da işlərinin qarşılığını vermir”.
Mütəxəssis hesab edir ki, “Black Friday” günlərində kargo şirkətlərində bir-iki gün gecikmə normaldır, amma bir həftə, bir ay sifarişin gecikməyi artıq müştərini incitmək deməkdir. Onun sözlərinə görə, belə olduğu halda isə müştərinin aidiyyatı qurumlara şikayət etmək hüququ var.
Nuranə Daxilqızı