• Bakı 25° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
DÜNYA
27 Iyul 2026 | 23:52

BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...

İyulun əvvəlindən bəri Rusiyanın Ukraynaya hava hücumları nəticəsində 170-dən çox mülki şəxs həlak olub, daha 1028 nəfər yaralanıb, hərbi əməliyyatların şiddətlənməsi isə qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhdidə çevrilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Siyasi məsələlər departamentinin rəhbəri Kayoko Qoto Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, yaşayış binaları, uşaq meydançaları, yanacaqdoldurma stansiyaları, bazarlar və logistika anbarlarına zərbələr endirilir, Kiyev daim atəşə tutulur. Təkcə iyul ayında Ukrayna paytaxtında ən azı 56 mülki şəxs həlak olub, daha 232 nəfər yaralanıb.

O, həmçinin Donetsk, Xarkov, Sum, Xerson, Dnepropetrovsk və Zaporojye vilayətlərinin cəbhə bölgələrinə idarə olunan bombalardan istifadə edərək gündəlik hücumlara diqqət çəkib:

“Ümumilikdə, müharibə başlayandan bəri 803-ü uşaq olmaqla, 16 min 141 mülki şəxsin ölümü, 2960-ı uşaq olmaqla, 48 min 613 nəfərin yaralandığı təsdiqlənib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026