• Bakı 25° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Karyerasında uğur qazanacaq BÜRCLƏR
CƏMİYYƏT
27 Iyul 2026 | 23:24

Karyerasında uğur qazanacaq BÜRCLƏR

Bəzi xarici astroloqlar yaxın günlərdə üç bürc üçün mühüm dəyişikliklər və yeni imkanların yarana biləcəyini bildirirlər.

Bakıvaxtı.az xəbər verir ki, Günəş və Uran arasındakı müsbət bucaq Qoç, Tərəzi və Oğlaq bürclərinə təsir göstərəcək.

Qoç

Astroloqların fikrincə, Qoç bürcü üçün durğunluq dövrü geridə qalır və motivasiya yenidən artır. Uzun müddətdir təxirə salınan planların həyata keçməsi, yeni iş və ya biznes imkanlarının yaranması gözlənilir. Mütəxəssislər bu bürc nümayəndələrinə fürsətləri dəyərləndirməyi və qərar verməkdən çəkinməməyi tövsiyə edirlər.

Tərəzi

Bu dövr Tərəzi bürcü üçün yaradıcılıq və fərqli ideyaların ön plana çıxacağı vaxt hesab olunur. Sosial əlaqələr və yeni layihələr sayəsində gözlənilməz imkanlar yarana, ətrafdan daha çox dəstək görülə bilər. Astroloqlar intuisiya və şəxsi baxış bucağına güvənməyi məsləhət görürlər.

Oğlaq

Astroloqlar Oğlaq bürcü üçün qeyri-müəyyənliklərin azalacağını və yeni mərhələnin başlayacağını bildirirlər. Uzun müddət göstərilən səylərin nəticə verməsi, karyera və şəxsi inkişaf istiqamətində irəliləyişlərin baş verməsi ehtimal edilir. Bu bürc nümayəndələrinə yeniliklərə açıq olmaq və fərqli yanaşmaları sınamaq tövsiyə olunur. (metbuat.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026