• Bakı 25° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Radikal dini təbliğat və ateizmə qarşı çağırışlar edən tiktoker həbs edildi
CƏMİYYƏT
27 Iyul 2026 | 23:18

Radikal dini təbliğat və ateizmə qarşı çağırışlar edən tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. 

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatın görə, TikTokda "Çevik" ləqəbi ilə tanınan Bağırov Məqsəd Məcid oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

O, sosial media vasitəsi ilə Radikal Dini təbliğat və Ateismə qarşı çağırışlar etməsi tanınır.

Qəbələ Rayon Polis İdarəsi tərəfindən tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən Məqsəd Bağırov 10 sutkalıq həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026