"Yəmənin regional xaosa, o cümlədən Qəzzadakı müharibəyə cəlb olunmasının qarşısını almaq lazımdır".
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq deyib.
Yəməndəki vəziyyətə toxunan nümayəndənin sözlərinə görə, regional xaos vəziyyətin son dərəcə kövrək olaraq qaldığı Yəməndə sülh və sabitlik perspektivlərini sarsıtmağa davam edir:
"Yəmənin sülh üçün real şansa sahib olması üçün regional xaosa müdaxiləsinə imkan yaradılmamalıdır. Ona görə də Qırmızı dənizdə mülki gəmilərə hücumlar dayandırılmalıdır. Həmçinin İsrailin Yəmənə endirdiyi zərbələr də dayandırılmalıdır. Bu, Yəməndəki münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün vasitəçilik səylərini çətinləşdirməklə yanaşı, həm də Yəmənin qərb sahilindəki liman obyektlərinin amamilə məhv edilməsinə səbəb olur".
Gülşən Şərif