• Bakı 23° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Bolqarıstan gələn il avrozonaya qoşulur
DÜNYA
08 Iyul 2025 | 19:43

Bolqarıstan gələn il avrozonaya qoşulur

Bolqarıstan 2026-cı ilin yanvarın 1-dən avrozona üzrə 21-ci üzv dövlət olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial şəbəkədə yazıb.

"Bu, sadəcə yeni valyuta deyil, əsl nailiyyətdir. Avro Bolqarıstanın iqtisadiyyatını möhkəmləndirəcək və ölkə xalqı ilə biznesə böyük fayda gətirəcək", - deyə o qeyd edib.

Bundan əvvəl Avropa Parlamentinin 531 deputatı Bolqarıstanın avrozonaya üzvlüyünü dəstəkləyib, 69 nəfər əleyhinə səs verib, 79 nəfər isə bitərəf qalıb.


SON XƏBƏRLƏR