• Bakı 16° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Bu il keçirilən hərracların sayı AÇIQLANDI
İQTİSADİYYAT
30 Oktyabr 2024 | 11:14

Bu il keçirilən hərracların sayı AÇIQLANDI

“Hərracların təşkili sahəsində görülən işlər vətəndaşlar üçün əlverişli şəraitlərin yaradılmasına xidmət edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu hərraclar sahəsində yaradılmış vahid elektron platformanın təqdimatı zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov deyib.

Onun sözlərinə görə, 2024-cü ilin yanvar-oktyabr aylarında 122 hərrac keçirilmiş və bu hərraclarda 537 dövlət əmlakı özəlləşdirilmişdir. Bunlardan 6-sı səhmdar cəmiyyətlərin səhm paketi, 6-sı kiçik dövlət müəssisə və obyektləri, 525-i isə nəqliyyat isə nəqliyyat vasitəsi olub.

Bildirilib ki, hərraca çıxarılmış əmlakların 86%-dən çoxu reallaşdırılmışdır və özəlləşdirilmişdir.

“Görülən tədbirlər nəticəsində elektron sifarişlərin sayı artmış, yəni 537 əmlakın satışında 391 sayda elektron sifariş verilmişdir. Keçirilən hərracların 48-də onlayn müraciət mümkün olmuşdur”.

Həmçinin qeyd olunub ki, satışlardan 201 dövlət əmlakının satışı rəqabətli şəkildə həyata keçirilmişdir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Oktyabr 2024