Çin 5 Latın Amerikası ölkəsinin vətəndaşlarına vizasız giriş hüququ verəcək.
Bakıvaxtı.az bu barədə ölkə mediasına istinadla xəbər verir.
Məlumata görə, Çin hökuməti Braziliya, Argentina, Çili, Peru və Uruqvay vətəndaşlarına 30 günədək vizasız ölkəyə giriş imkanı tanıyacaq.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian məlumat verib. O bildirib ki, sözügedən ölkələrin ümumi (umuma məxsus) pasporta sahib vətəndaşları işgüzar səfər, turizm, ailə ziyarəti və tranzit məqsədilə Çinə səfər etdikdə 30 günə qədər viza tələb olunmayacaq.
Yeni qaydalar 1 iyun 2025-ci il tarixində qüvvəyə minəcək və 31 may 2026-cı ilə qədər etibarlı olacaq. Bu qərar Çin ilə Latın Amerikası ölkələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinə yönəlib.
Nuriyyə Musayeva