• Bakı 16° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Dərin zirvə - Əkbər Qoşalı yazır
YAZARLAR
27 May 2022 | 17:26

Dərin zirvə - Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

“Vaxtilə Əbülfəz Elçibəy 4 helikopter istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir". Ərdoğan deyə bildi ki, "sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq". O, bu mesajı bütün dünyaya göndərə bildi". - Bu sözlər qardaş Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırıma aiddir. Bəli, vaxtilə mülki əhalini Ermənistanın törətdiyi soyqırım aktlarından xilas etməyə çalışan Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi... Nə qədər acı da olsa da, biz o ağrılı dönəmi yaşamışıq... Lakin indi Türkiyə tam Azərbaycanın yanındadır.

Biz bu ləyaqətli birgəliyi, dəstək və gücü qürurla müşahidə edirik. Ölkələrimiz arasında qarşılıqlı dəstəklə bağlı nə etmək olarsa, tamı tamına gerçəkləşdirilir. Tarix, gələnək, mədəniyyət, dil və başqa əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkənin münasibətlərinin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir.

Çox şükür, bu gün nə Türkiyə, nə də Azərbaycan ötən yüzilliyin 90-cı illərindəki ölkələr deyil! Prezidentlər Əliyev və Ərdoğanın sayəsində hər iki dövlətimiz öz maraq və mənafelərini güclü şəkildə müdafiə etməyi, istənilən təzyiqi dəf etməyi bacaran xarakterli dövlətlərdir. Prezident Ərdoğanın qətiyyəti və Qarabağ müharibəsində Azərbaycana dəstəyi qardaşlığımızın yüksək əyarlı altun səhifələrində yer almaqdadır.

Bu gün Türkiyə-Azərbaycan dövlətlərarası münasibətləri özünün ən yüksək zirvəsindədir. O zirvə inişil 44 günlük Vətən Müharibəsində (ondan öncə Tovuz Döyüşlərində) bədxahları çəkindirici qətiyyətli mənəvi, siyasi-diplomatik dəstəklə, ötən il "Şuşa Bəyannaməsi" ilə taclandırılmışdı, bugünlərdə isə "TEKNOFEST2022" ilə süslənir. Sabahlarımız bu günümüzdən daha parlaq olacaq! Gozəl yarınlar bizimdir!

Şair necə deyirdi? - "Keçidlərdə ocağımız səngidi, Yoxuşlarda nəfəsimiz təngidi, Tarix bir az haqq sözündə ləngidi, Həqiqətlər çözüm-çözüm olacaq, Bu gün-sabah dünya bizim olacaq". 

DÖVLƏTLƏRİMİZ ZAVAL GÖRMƏSİN!


SON XƏBƏRLƏR

24 Aprel 2024