• Bakı 26° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.9406

    RUB - 2.1689

DİQQƏT: Abituriyentlər bu hallarda imtahanın 2-ci cəhdinə BURAXILMAYACAQ - VİDEO
CƏMİYYƏT
20 May 2025 | 08:41

DİQQƏT: Abituriyentlər bu hallarda imtahanın 2-ci cəhdinə BURAXILMAYACAQ - VİDEO

Dövlət İmtahan Mərkəzi qarşıdakı həftələrdə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdində imtahan iştirakçılarını tələb olunan qaydalarla bağlı diqqətli olmağa çağırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə DİM-in abituriyentlərə müraciətində bildirilib.

Müraciəti şərh edən Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xanlar Xanlarzadə bildirir ki, istər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər.

DİM imtahan iştirakçılarını imtahan qaydaları ilə bağlı diqqətli olmağa çağırır, həmçinin valideynlərdən övladlarını imtahan binasına yola salarkən belə məqamların vacib olduğunu onların diqqətinə çatdırmağı xahiş edir.

Mövzu ilə bağlı Xezerxeber-in videomaterialı təqdim edirik


SON XƏBƏRLƏR

11 Iyun 2025