• Bakı 24° C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

DYP sürücülərə müraciət etdi
CƏMİYYƏT
13 Avqust 2025 | 09:38

DYP sürücülərə müraciət etdi

Hazırda Bakıda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yağmurlu hava şəraiti ilə bağlı sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər:

"Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz davranışların ağır nəticəyə səbəb ola biləcəyini unutmamalıdırlar. İdarə əlverişsiz havalarda qəza riskinin artmasını nəzərə alaraq, bir daha hərəkət iştirakçılarından qaydalara ciddi riayət etməyi xahiş edir".


SON XƏBƏRLƏR

13 Avqust 2025