• Bakı 25° C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Ərdoğan və Tramp Hollandiyada görüşdülər
DÜNYA
25 Iyun 2025 | 08:55

Ərdoğan və Tramp Hollandiyada görüşdülər

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp NATO-nin Haaqada keçirilən sammiti çərçivəsində görüşüblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Aparatının Kommunikasiyalar İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.

Görüşdə liderlər ikitərəfli əlaqələri, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Türkiyə lideri bildirib ki, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollar hədəfinə çatdırmağı asanlaşdıracaq.

Ərdoğan Trampın səyləri ilə İsrail və İran arasında əldə olunmuş atəşkəs rejimini məmnuniyyətlə qarşılayıb və bunun daimi olacağına ümidvar olduğunu bildirib,

Qəzzada baş verən humanitar faciənin tezliklə başa çatmasında və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.


SON XƏBƏRLƏR