Qarabağda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Mirasa Sahiblik: Qayıdış konsepsiyasının təbliğində müəllimlərin rolu” adlı tədbirdə çıxışı zamanı bildirib ki, təhsil Qarabağa geri qayıdır.
Onun sözlərinə görə, hazırda Qarabağda 14 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir:
"Artıq Qarabağ Universitetində 1 000-dən çox tələbə təhsil alır. 44 günlük Vətən müharibəsində biz Qələbə qazandıq, torpaqlarımız geri qayıtdı, quruculuq işləri başladı. Bütün bunlar Qayıdış konsepsiyamızı zəruri etdi. Biz xalq olaraq tarixdən dərs çıxarmalıyıq".