• Bakı 24° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

ABŞ NATO ilə bağlı öhdəliklərə tamamilə sadiqdir - Rutte

DÜNYA

25 Iyun 2025 | 10:56

ABŞ NATO ilə bağlı öhdəliklərə tamamilə sadiqdir - Rutte

“Düşünürəm ki, blok ölkələri ümumi daxili məhsulun 5%-ni təşkil edən hərbi xərc planını həyata keçirəcəklər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte jurnalistlərə açıqlamasında deyib.

    “Gəlin düzünü deyək, bu, olduqca çətin siyasi qərardır. Başa düşürəm ki, blok ölkələrinin daha çox pula ehtiyacı var. Amma davam etməkdə olan Rusiya təhdidinin, Çin, Şimali Koreya və İrandan gələn təhlükələri nəzərə alındıqda, NATO ölkələri anlamalıdırlar ki, onları başqa seçimi yoxdur”, Mark Rutte bildirib.

    O əlavə edib ki, ABŞ NATO ilə bağlı öhdəliklərə tamamilə sadiqdir.

    Qeyd edək ki, NATO üzv ölkələrin hər birinin ümumi daxili məhsulunun 5%-ni hərbi xərclərə ayırması ilə bağlı qərar qəbul edib.


    SON XƏBƏRLƏR