• Bakı 25° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Ermənistan Baş nazirinin keçmiş müavini çirkli pulların yuyulmasında təqsirləndirilir
DÜNYA
03 Iyun 2025 | 17:45

Ermənistan Baş nazirinin keçmiş müavini çirkli pulların yuyulmasında təqsirləndirilir

Ermənistan Baş nazirinin keçmiş müavini, müxalifətdəki "Ermənistan" fraksiyasından olan deputat Armen Gevorkyan 5 milyard dram (təqribən 13 milyon ABŞ dolları) məbləğində çirkli pulların yuyulmasında ittiham olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.

    Bildirilib ki, adıçəkilən şəxs 2000-2018-ci illər arasında əldə etdiyi külli miqdarda qanunsuz gəliri leqallaşdırıb. Eyni zamanda, paytaxt İrəvan və ətraf ərazilərdə dəyəri 10 milyon 462 min ABŞ dolları ilə ölçülən 39 daşınmaz əmlak bilavasitə onun və yaxın qohumlarının adına sənədləşdirilib.

    Araşdırmalar zamanı keçmiş məmurun adına Çexiya ərazisində 920 min dollar həcmində 10 ədəd obyektin qeydiyyatdan keçirildiyi açıqlanıb.

    Qeyd edək ki, Gevorkyan 2008–2014-cü illərdə keçmiş Baş nazir Tiqran Sarkisyanın dövründə hökumətdə təmsil olunub.


    SON XƏBƏRLƏR

    04 Iyun 2025