• Bakı 22° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

FİFA prezidenti Qarabağı TƏBRİK ETDİ
İDMAN
21 May 2025 | 22:35

FİFA prezidenti "Qarabağ"ı TƏBRİK ETDİ

FİFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi olan "Qarabağ" klubunu təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, funksioner bununla bağlı AFFA prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.

“Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!

Onların mövsümboyu davamlı səyləri və nəticələri bəhrə verib, bu mühüm titul qazanılıb. Böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.

Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm", - məktubda bildirilib.

 


SON XƏBƏRLƏR

21 May 2025