• Bakı 15° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Fondun yeni sədrinə 6-cı müşavir TƏYİN EDİLDİ
CƏMİYYƏT
15 May 2025 | 16:45

Fondun yeni sədrinə 6-cı müşavir TƏYİN EDİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinə yeni müşavir təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu vəzifəyə Amin Abdullayev gətirilib.

O, 1994-cü ildə Tovuz rayonunda anadan olub.

2016-cı ildə Türkiyənin Marmara Universitetində Sığorta işi ixtisası üzrə bakalavr, 2022-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Sığorta işinin təşkili ixtisası üzrə magistr dərəcəsi alıb.

2018-2019-cu illərdə “NBCBank”da Risklərin idarə olunması departamentində iqtisadçı, aparıcı iqtisadçı, 2019-2021-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Strateji təhlil departamentində mütəxəssis, 2021-2022-ci illərdə Dövlət Sosial Müdafiə Fondunda Strateji planlaşdırma və aktuar hesablamalar departamentində baş mütəxəssis, 2022-2025-ci illərdə isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentində analitik, böyük analitik vəzifələrində işləyib.

2025-ci ilin may ayından etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.

İngilis və türk dillərini bilir.

Qeyd edək ki, DSMF-yə bu ilin aprel ayından Zəka Mirzəyev rəhbərlik edir. Amin Abdullayev isə Fondun sədrinin 6-cı müşaviridir. 


SON XƏBƏRLƏR