Azərbaycan güləşçisi Hüseyn İsmayılov (65 kq) U-17 dünya çempionatında qızıl medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, güləşçimiz finalda ABŞ təmsilçisi Arseni Kikinyova sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək dünya çempionu olub.