• Bakı 18° C

    12.51 m/s

  • USD - 1.7

    EUR - 1.9026

    RUB - 2.1146

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs SAXLANILDI
DÜNYA
16 May 2025 | 00:01

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs SAXLANILDI

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, rəsmi məlumatda deyilir: 3 il əvvəl törədilən cinayətdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü şəxs avtomat silahdan istifadə etməklə qəsdən adamöldürmə və odlu silahın qanunsuz saxlanılması ittihamı ilə tutulub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adamöldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması) maddələri üzrə istintaq aparılır.

Qeyd edək ki, mayın 6-da Saqareco rayonunun Keşəli kəndindən olan Aydın Həmzəyevin ailə üzvləri və yaxınları Tiflisdə Baş Prokurorluq qarşısında aksiya keçirib, qatilin cəzalandırılmasını tələb edib.

Saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir./report


SON XƏBƏRLƏR

15 May 2025