• Bakı 16° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Ronaldo və Messinin illik qazancı AÇIQLANDI
İDMAN
16 May 2025 | 01:00

Ronaldo və Messinin illik qazancı AÇIQLANDI

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo son bir ildə 275 milyon dollar qazanıb.

Bakıvaxtı.az “Forbes”ə istinadən xəbər verir ki, ulduz futbolçu ardıcıl üçüncü dəfə nəşrin dünyanın ən çox qazanan 50 idmançısı siyahısına başçılıq edir.

Bu qazancın 225 milyon dolları maaş və müxtəlif bonuslar, daha 50 milyon dolları isə sponsorluq müqavilələri üzrə ödənişlər olub.

Argentina millisi və “İnter Mayami”nin hücumçusu Lionel Messi bu reytinqdə beşinci yeri tutub. O, son bir ildə 135 milyon dollar qazanıb, bunun 60 milyon dolları maaş və bonuslar, 75 milyon dolları sponsorluq ödənişləri olub./Qafqazinfo


SON XƏBƏRLƏR