• Bakı 23° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

8 milyon dollarlıq viral şokolad satıldı

DÜNYA

31 May 2025 | 13:06

8 milyon dollarlıq viral şokolad satıldı

"Dubai Duty Free" aprel ayında ümumi 7,84 milyon dollarlıq viral olan Dubay şokoladı satıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mağazalar şəbəkəsinin məlumatlarında bildirilib. 

Məlumata görə, son bir ay ərzində bütün məhsulların ümumi satışı 195,4 milyon dollar təşkil edib.

Qeyd olunub ki, ruslar ən aktiv şirniyyat alıcıları arasında 14,97 milyon dollar xərcləyərək Hindistan vətəndaşlarından (19,76 milyon dollar) sonra ikinci yeri tutublar.

Üçüncü yerdə Səudiyyə Ərəbistanından olan sərnişinlər (14,03 milyon dollar) qərarlaşıb. Siyahıda sonrakı yerlərdə  Çin (10,75 milyon dollar) və Böyük Britaniya (9,92 milyon dollar) vətəndaşları yer tutub.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026