• Bakı 24° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Təyyarənin qəzaya uğradığı yerdə 204 nəfərin meyiti tapılıb - YENİLƏNİB
DÜNYA
12 Iyun 2025 | 17:26

Təyyarənin qəzaya uğradığı yerdə 204 nəfərin meyiti tapılıb - YENİLƏNİB

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğradığı ərazidə 204 nəfərin meyiti tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın "Hindu" qəzeti Əhmədabad polis komissarı Qyanendru Sinqh Malikə istinadən yazıb.

***

15:42

"Boeing" təyyarəsinin Hindistanda qəzaya uğraması nəticəsində təyyarədə olan 242 nəfərin hamısı həlak olub.

***

15:18

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 170 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

***

14:37

Hindistanda “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Xarici KİV-in məlumatına görə, yerli polis təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyünü bildirib.

***

14:09

Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 40-a çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 169 Hindistan, 53 Böyük Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.

***

13:43

Hindistanda təyyarə qəzası nəticəsində 30 nəfər həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

Bildirilib ki, Hindistanın Baş naziri Narendra Modi mülki aviasiya xidmətinin rəhbəri ilə hadisənin təfərrüatlarını müzakirə edib.

***

12:38

Hindistanda içərisində 242 nəfərin olduğu təyyarə qəzaya uğrayıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İngiltərənin Birmingem şəhərinə uçarkən Əhmədabadda qəzaya uğrayıb.

Bildirilib ki, təyyarə Meqaninaqar ərazisi yaxınlığındakı yaşayış massivinə düşüb.

Mina Mikayılova


SON XƏBƏRLƏR