• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

İki boksçunuz dünya çempionatında mərhələ adladı
İDMAN
05 Dekabr 2025 | 22:03

İki boksçunuz dünya çempionatında mərhələ adladı

Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında mərhələ adlayıb.

Bakıvaxtı.az xəbər verir ki, mundialın ikinci günündə Avropa çempionu Sübhan Mamedov (48 kq) debütdə Joey Kanoyla (Filippin) qarşılaşıb.

Boksçu üçüncü raundda rəqibinə tam üstünlüklə qalib gəlib. Mamedov 1/8 finalda ilk mərhələdən azad olan Mehron Şafiyevlə (Tacikistan) döyüşəcək.

Zaur Qəhrəmanov (67 kq) da startda qələbə qazanıb. O, Şeyx Sarrı (Qambiya) ilk raundda məğlub edib. Boksçu 1/8 finalda Tomas Kasazzanı (Argentina) sınağa çəkəcək.

Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.


SON XƏBƏRLƏR