Kahramanmaraşlılar sınmadılar, əyilmədilər. Bilirdilər, inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır, güclü Türkiyə dayanır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı kahramanmaraşlılara xitab edərək deyib ki, Azərbaycanda onların 10 milyon bacı-qardaşları var: “Azərbaycanda da bilirlər ki, onların 80 milyondan çox türkiyəli bacı-qardaşları var”.