• Bakı 23° C

    6.9 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

İsrail-Fələstin müharibəsi neçə şagirdin həyatına son qoyub?
DÜNYA
08 Iyul 2025 | 14:37

İsrail-Fələstin müharibəsi neçə şagirdin həyatına son qoyub?

İsrail və Fələstin arasındakı müharibədə öldürülən şagirdlərin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstin Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qəzza və işğal altındakı İordan çayının qərb sahilində müəllimlər də daxil olmaqla ən azı 18 243 şagird və işçi öldürülüb, 31 643 nəfər isə yaralanıb.

Bildirilib ki, Qəzzada 17175-dən çox şagird ölüb, 26264 nəfər yaralanıb, İordan çayının qərb sahilində isə 140 şagird ölüb, 927 nəfər yaralanıb.

Müəllimlər və inzibati heyət arasında Qəzza və İordan çayının qərb sahilində 928 nəfər həlak olub, 4452 nəfər yaralanıb.

Bu müddət ərzində İordan çayının qərb sahilində 768 tələbə, həmçinin 199 müəllim və inzibati heyət həbs edilib.

Qəzzada ən azı 252 dövlət məktəbi ciddi dağıntılara məruz qalıb, o cümlədən 118-i dağılıb.

İordan çayının qərb sahilində 152 məktəb, səkkiz universitet və kollecə basqın edilib, onlara ziyan dəyib.

Mina Mikayılova


SON XƏBƏRLƏR