• Bakı 22° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

İsrail-İran atəşkəsi davamlı olacaqmı? - AÇIQLAMA
DÜNYA
25 Iyun 2025 | 14:37

İsrail-İran atəşkəsi davamlı olacaqmı? - AÇIQLAMA

İran və İsrail arasında atəşkəs razılaşması əldə olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu, 12 günlük müharibənin başa çatdığını göstərir.

Maraqlıdır ki, atəşkəs uzunmüddətli ola biləcəkmi? Yaxın zamanda İranla İsrail arasında yenidən qarşıdurma yaşana bilərmi?

Mövzu ilə bağlı politoloq Xəqani Cəfərli öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, atəşkəsin uzunmüddətli olmasının İran üçün alternativi yoxdur:

"ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında hərbi əməliyyatlara son qoyulmasını nəzərdə tutan atəşkəs razılaşmasının əldə olunduğunu bildirib. Ancaq İsrail tərəfinin məlumatına görə, atəşkəsin elanından sonra da İran tərəfindən İsrailə raket atıldığı qeydə alınıb. Hələlik bu məlumat İran tərəfindən təkzib edilməyib. İstisna deyil ki, atəşkəs haqqında qərar bütün hərbi birliklərə çatdırılmayıb. İrimiqyaslı hərbi əməliyyatlar, müharibələr zamanı belə hallar olur”.

Xəqani Cəfərli, politoloq

Müsahibimiz vurğulayıb ki, İsrailin hava hücumları çox ağır xəsarətlərə səbəb olub. İranın bunu aradan qaldırması üçün atəşkəsə ehtiyacı var. Alternativ İran üçün çox ağır nəticələrə səbəb olacaq.

X.Cəfərlinin dediyinə görə, İran rejimi qüvvələr nisbətinin qeyri-bərabər olduğunu anlayıb. Anlayıbsa, atəşkəs uzunmüdətli olacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR