“Bu gün Azərbaycan təhsilinin qürur ünvanlarından biri olan Bakı Dövlət Universitetinin məzun günü qeyd olunur. Gənclərimizin biliklə, bacarıqla silahlanaraq həyata atıldıqları bu mühüm mərhələ həm onlar, həm də ailələri üçün böyük əhəmiyyət daşıyır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfenderasiyasının sədri Sahib Məmmədov Bakı Dövlət Universitetinin məzun günündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Həmkarlar İttifaqları Konfederasiyası olaraq, biz hər zaman gənclərin hüquqlarının qorunmasını, onların layiqli işlə təmin olunmasını və əmək bazarına uğurlu inteqrasiyasını dəstəkləyirik:
"BDU-nun məzunları bu gün ölkəmizin ictimai, elmi, iqtisadi və mədəni həyatında aparıcı rol oynayan şəxsiyyətlər kimi yetişirlər. Onlara gələcək həyatlarında uğurlar, əzm və cəsarət arzulayıram".
Əli Hüseynov