Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, mayın 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.