Hindistanın baş naziri Narendra Modi gələn ay ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Bakıvaxtı.az "Indian Express" qəzetinə istinadən xəbər verir ki, görüş Modinin gələn ay Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirakı zamanı çərçivəsində baş tutacaq.
Məlumata görə,əsas məqsəd ticarət məsələlərini həll etmək və tariflər üzrə ümumi dil tapmaq olacaq.
Qeyd olnub ki, Modinin sentyabrın son həftəsində ABŞ-yə səfərinə hazırlıq gedir.
Gülşən Şərif