• Bakı 23° C

    6.27 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

KİV: PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq
DÜNYA
08 Iyul 2025 | 17:18

KİV: PKK üç gün sonra silahlarını təhvil verməyə başlayacaq

İyul ayının 11-də PKK terror təşkilatı İraqın Süleymaniyyə şəhərində silahlarını təhvil verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

    Bildirilib ki, PKK lideri Abdullah Öcalan video vasitəsilə PKK-nın Qəndildə yerləşən qərargahına mesaj göndərəcək və tərksilah prosesi üçün mexanizmin qurulmasına çağırış edəcək.

    PKK-nın tam şəkildə tərksilah edilməsinin iki aydan beş aya qədər vaxt aparacağı ehtimal edilir.

    Silahlarını təhvil verənlər İraqda yaşayacaqlar.

    Qeyd edək ki, təsis olunduğu tarixdən-1984-cü ildən etibarən PKK Türkiyədə 40 000-dən çox insanın ölümünə səbəb olub.


    SON XƏBƏRLƏR