• Bakı 28° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9864

    RUB - 2.1384

KİV: Tramp Alyaska görüşündən sonra da Ukrayanaya təzyiq göstərəcək
DÜNYA
13 Avqust 2025 | 17:30

KİV: Tramp Alyaska görüşündən sonra da Ukrayanaya təzyiq göstərəcək

ABŞ-Rusiya sammitindən sonra prezident Donald Trampın Ukraynaya təzyiq göstərə biləcəyi ehtimal edilir.

Bakıvaxtı.az-ın məlumatına görə politoloq Oleq Lisnıy “Ukrinform” agentliyinə müsahibəsində bildirib ki, Tramp Putinin “sülh” niyyətini görərək Ukraynaya öz planını qəbul etdirməyə çalışa bilər.

Lisnıy əlavə edib ki, Rusiya Trampa öz maraqlarını təmin etmək üçün təzyiq göstərə və Ukrayna ilə atəşi dayandırmaq üçün razılaşma imzalamağa çalışa bilər.

Politoloq həmçinin vurğulayıb ki, Zelenski və Ukrayna komandası bu vəziyyətə hazır olmalıdır və panikadan qaçmaq lazımdır.

Lisnıy hesab edir ki, Trampın Putinin oyununu başa düşməsi bu görüşü tarixi edə bilər.

Əli Hüseynov


SON XƏBƏRLƏR

13 Avqust 2025