• Bakı 25° C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Körfəz ölkələrindən Vaşinqton və Tehran arasında danışıqlara çağırış
DÜNYA
25 Iyun 2025 | 09:13

Körfəz ölkələrindən Vaşinqton və Tehran arasında danışıqlara çağırış

Qətərin paytaxtı Dohada keçirilən Körfəz Əməkdaşlıq Şurasının 49-cu fövqəladə iclasında regiondakı son gərginlik müzakirə olunub.

Bakıvaxtı.az xəbər verir ki, Şura ABŞ və İran arasında nüvə danışıqlarını bərpa etməyə çağırıb.

Şuranın baş katibi Casim Məhəmməd Əl-Budeivi yekun bəyanatda ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında əldə olunmuş atəşkəslə bağlı açıqlamasının alqışlandığını bildirib. Bəyanatda ABŞ və İran arasında nüvə danışıqlarının bərpasına çağırış yer alıb.

İclasda həmçinin İranın Qətərdəki ABŞ bazası – "Əl-Udeyd"ə raket zərbələri endirməsi də gündəmdə olub. İranın Xarici İşlər naziri Abbas Əraqçi bu hücumun ABŞ-nin İranın ərazi bütövlüyünə qarşı əvvəlki hərbi əməliyyatlarına cavab olduğunu və Qətərə qarşı yönəlmədiyini bəyan edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR