İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Tehranın Livanı dəstəkləməyə və onun maraqlarını müdafiə etməyə davam edəcəyini açıqlayıb.
Bakıvaxtı.az “Al Arabia”ya istinadən xəbər verir ki, bu barədə o, Beyruta gələrkən jurnalistlərə açıqlamasında deyib.
Əli Laricani, həmçinin Livan hökumətinin “Hizbullah” qruplaşmasını tərk-silah etmək planlarını pisləyib.