"Qərb ölkələrinin Vladimir Zelenskini Rusiya və ABŞ liderlərinin Alyaskada ikitərəfli görüşünə itələməsi absurddur, Zelenskinin orada işi yoxdur".
Bakıvaxtı.az "RİA NOVOSTİ"yə istinadən xəbər verir ki, bunu "Başqa Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk deyib.
Onun sözlərinə görə, Zelenskini Rusiya və ABŞ liderlərinin ikitərəfli görüşünə sövq etmək formaca alçaldıcı, məzmunca isə absurddur:
"Daha heç nə Zelenskidən asılı deyil. Alyaskada kollektiv Qərblə Rusiya arasında əsl müharibə müzakirə olunacaq. Siyasi klounların Zelenskini danışıqlar prosesinə sövq etmək və sirk yaratmaq istəmələrini başa düşmək olar. Ancaq dünya bu qanlı sirkdən kifayət qədər əziyyət çəkir, buna son qoymağın vaxtıdır. Bəzi Qərb siyasi sirk ifaçıları hələ də tamaşanı uzatmaq istəyirlər".
Gülşən Şərif