• Bakı 22° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
CƏMİYYƏT
25 Iyun 2025 | 16:45

Milli Kitabxananın yeni loqosunun təqdimatı olub

Azərbaycan Milli Kitabxanasının yeni loqosunun təqdimat mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov loqonun mahiyyətindən danışıb.

“Loqo bir müəssənin gördüyü işi təbliğ etmək üçün yaradılan simvollar toplusudur. Yeni loqo dövrün və zamanın tələblərinə uyğun olaraq yaradılıb. Milli Kitabxananın yeni loqosunun əsas elementləri milli kimliyimizin, dövlətçiliyimizin simvolu olan 8 guşəli ulduzun, açıq kitab cizgilərini və rəqəmsallaşanı ehtiva edən açıq komputer qarşısında insan siluetini əhatə etdiyini, ənənəvi kitabla müasir rəqəmsal dünyanın vəhdəti anlamına gəlir. Kitabxananın daşıdığı dəyərlərin, qarşıda duran vəzifələrin və statusunun məcmusunun yığcam şəkildə çatdırılması baxmından loqonun mühüm rol oynadığını söyləyib. Əlavə edib ki, Azərbaycan Milli Kitabxanası bu yeni loqosu ilə öz fəaliyyətini bütün dünyaya tanıdacaq və təbliğ edəcək”,-deyə o əlavə edib.

Loqonu təqdim edən korporativ brendləşmə “MƏN” şirkətinin rəhbəri Elçin Aşurov bildirib ki, qurumun əsas fundamental bünövrələrdən biridir.

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının direktoru Nigar İsmayılova söyləyib ki, kitabxana respublikada ən zəngin kitab fondudur.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini Şəhla Quliyeva loqonu milli-mənəvi dəyərlərlə müasirliyin tendensiyasının vəhdəti kimi dəyərəndirib.


SON XƏBƏRLƏR