• Bakı 23° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Niderlandın XİN rəhbəri istefa verib
DÜNYA
22 Avqust 2025 | 23:24

Niderlandın XİN rəhbəri istefa verib

Niderlandın xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp İsrailə qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı hökumət daxilində fikir ayrılıqlarını əsas gətirərək istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NU.nl xəbər portalı məlumat yayıb.

Veldkampın sözlərinə görə, o, bu istiqamətdə ciddi əlavə addımlar atmaq iqtidarında olmadığı qənaətinə gəlib. Qərarını izah edən siyasətçi zəruri hesab etdiyi tədbirlərin müstəqil və sərbəst həyata keçirilməsi üçün heç bir şəraitin olmadığını da bildirib.

İstefadan əvvəl Niderlandın Nazirlər Kabinetinin cümə günü keçirilən iclasında Veldkampın Qəzza zolağında hərbi əməliyyatla əlaqədar İsrailə qarşı təklif etdiyi əlavə sanksiyalar bir neçə saat ərzində müzakirə olunub.


SON XƏBƏRLƏR

22 Avqust 2025