• Bakı C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Ehtiyat hissəsi oğurlayıb, onla maşın təmir etdilər - CİNAYƏT
HADİSƏ
07 Mart 2026 | 12:12

Ehtiyat hissəsi oğurlayıb, onla maşın təmir etdilər - CİNAYƏT

Sumqayıt şəhərində bir nəfərə məxsus avtomobildən ehtiyat hissələri oğurlanıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Q.Rəcəbov və 22 yaşlı A.Quliyev müəyyən edilərək saxlanılıblar.

    Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobil ustaları olduqlarına görə zərərçəkən nəqliyyat vasitəsini onların yanına təmir məqsədi ilə gətirib. Onlar isə maşının ehtiyat hissələrini talayaraq digər avtomobillərin təmirində istifadə ediblər.

    Araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    06 Mart 2026