Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya işgüzar səfəri çərçivəsində albaniyalı həmkarı Edi Rama ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, onlar regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xüsusilə Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanması prosesinə toxunulub. Bölgədə sabitliyin və davamlı sülhün təmin edilməsi naminə sülh sazişinin imzalanmasının əhəmiyyəti vurğulanıb.