Ukrayna və NATO dövlətlərinin hərbi-sənaye kompleksinə xərcləri 5 %-ə qaldırmaq qərarına (3,5 % birbaşa hərbi-sənaye kompleksinə, 1,5 % isə təşkilatın dəstəklənməsinə) böyük dəstək ifadə etdik.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Müdafiə qabiliyyətinə xərclərin artırılması üçün çalışırdım. 2024-cü ilin martından buna cəhd edirdim. Belə bir qərarın zəruri olduğunu deyirdim. O zaman buna çox skeptik yanaşırdılar. Şadam ki, Prezident Trampın liderliyi və onun çox sərt mövqeyi, NATO dövlətlərinin öz təşkilatlarının inkişafı üçün işləməyə başlaması sayəsində bütün bunları baş verdi. Bizim üçün prioritet hərbi xərclərə önəm verməkdir", - Duda əlavə edib.