• Bakı 25° C

    5.85 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Qarabağ komandasının üzvləri bu rayonlarda görüşlər keçirəcəklər
İDMAN
25 Iyun 2025 | 08:11

"Qarabağ" komandasının üzvləri bu rayonlarda görüşlər keçirəcəklər

Bu gün "Qarabağ" futbol klubunun Şuşa, Xankəndi, Ağdam və Füzulidə yerli sakinlərlə görüşləri olacaq.

Bakıvaxtı.az xəbər verir ki, komanda üzvləri ilk olaraq Şuşa stadionunda şəhər sakinlərinin qarşısına çıxacaq.

Daha sonra Xankəndidə Qarabağ Universiteti ilə tanışlıq olacaq, eləcə də təhsil ocağının tələbələri ilə görüş keçiriləcək.

Ardınca "Qarabağ" təmsil etdiyi Ağdama yollanacaq. Burada şəhər sakinləri ilə görüş və "İmarət" Kompleksinə baxış keçiriləcək.

Qarabağda son dayanacaq isə Füzuli olacaq. Şəhər mərkəzində yerli sakinlərlə görüşəcək komanda üzvləri daha sonra Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə baş çəkəcəklər.


SON XƏBƏRLƏR