• Bakı 27° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Qazaxıstanda 8,23 milyon dollarlıq qanunsuz daşınmanın qarşısı alınıb
DÜNYA
03 Avqust 2026 | 18:23

Qazaxıstanda 8,23 milyon dollarlıq qanunsuz daşınmanın qarşısı alınıb

2026-cı ilin iyul ayında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti dövlət sərhədindən təxminən 8,23 milyon dollarlıq mal və yüklərin qanunsuz keçirilməsinə dair 2476 cəhdin qarşısını alıb. 

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat verib.

Məlumata görə, həmçinin 108 ədəd yivli silah və 2131 ədəd sursat müsadirə edilib. Ümumi həcmi 150 tondan çox olan təxminən 70,5 min dollar dəyərində yanacaq və sürtkü yağlarının qanunsuz daşınmasının qarşısı alınıb.

Gülşən Şərif

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR