• Bakı 20° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Qəfil ürək ölümünü beşqat artıran peşə açıqlandı
CƏMİYYƏT
21 May 2025 | 23:16

Qəfil ürək ölümünü beşqat artıran peşə açıqlandı

Peşəkar bodibildinqlə məşğul olan şəxslərin həvəskar bodibildinqçilərlə müqayisədə gizli ürək problemlərindən qəfil ölmə ehtimalı 5,2 dəfə çoxdur.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Padua Universitetinin alimi Marko Vekkiato və onun həmkarları belə nəticəyə gəliblər.

Alimlər bildiriblər ki, qəfil ürək ölümünün mümkün səbəblərinə ürək divarlarının qalınlaşması və ya kardiomeqaliya, yəni orqanın özünün genişlənməsi daxil ola bilər.

Tədqiqatçıların fikrincə, peşəkar bodibildinqçiləri həvəskarlardan fərqlərdən əsas cəhətlərdən biri də onların bəzən anabolik steroidlərdən istifadə etməsidir.

Digər risk amillərinə güc məşqləri, sərt pəhrizlər və turnirlərdən əvvəl arıqlamaq üçün orqanizmin susuzlaşdırılması daxildir.


SON XƏBƏRLƏR

21 May 2025